Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pakistan Ermənistanla diplomatik əlaqələr qurur? – “İlk təmaslar artıq baş tutub”

Pakistan Ermənistanla diplomatik əlaqələr qurur? – “İlk təmaslar artıq baş tutub”

Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyan və eyni zamanda Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir ölkə kimi tanımayan qardaş və dost Pakistan İslam Respublikası Ermənistanla diplomatik münasibətlər və müdafiə sahəsində əlaqələr qurmaq üçün bu dövlətin hakim dairələri ilə gizli danışıqlara başlayıb.

Yenixeber.org: Bakıdakı diplomatik mənbənin iddiasına görə, Pakistan və Ermənistan Xarici İşlər nazirliklərinin rəsmiləri arasında ilk təmaslar 2019-cu ilin mart ayının ortalarında olub. Belə ki, Pakistanın Xarici İşlər və Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və diplomatik əlaqələrin, həmçinin, hərbi əməkdaşlığın qurulmasına dair dialoqlar keçirilib. Yekun qərarın verilməsi üçün bu iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin 2020-ci ilin birinci rübündə Londonda bir araya gəlməsi planlaşdırılıb. Mənbə iddia edir ki, Pakistan bu il Ermənistanda səfirliyini açmağı da düşünür.

Pakistan hər zaman strateji məsələlər üzrə beynəlxalq platformada Azərbaycanın tərəfində Ermənistana qarşı mövqe tutub. Beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın yanında olub, onun haqq səsini dəstəkləyib. Pakistan parlamentində Xocalı soyqırımı və Ermənistanın işğalçılığı ilə bağlı qətnamə qəbul edilib və s. Azərbaycan da hər zaman dost Pakistanın ölkəmizə dəstəyinə biganə və borclu qalmayıb, bütün məsələlərdə - siyasi, humanitar və s. öz dəstəyini nümayiş etdirib.

Ötən il avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı (Hindistan Konstitusiyasının 370-ci maddəsinin ləğvi. Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı. Bölgənin əhalisinə təhsil, iş və mülkiyyət məsələsində xüsusi imtiyazlar verilmişdi-müəll.) fərman imzaladıqdan sonra Hindistan hökumətinin bu qərarına qarşı Cəmmu və Kəşmirin bir sıra bölgələrində kütləvi etiraz aksiyaları keçirildi. Baş verən hadisələrlə bağlı Pakistanın Azərbaycandakı səfiri jurnalistlərlə keçirdiyi görüşdə deyib ki, bir sıra dövlətlər Kəşmirdə baş verən hadisələri pisləyərək Pakistana dəstək olub, lakin Azərbaycandan hələ də reaksiya verilməyib. Səfir hətta Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovla görüşərək Azərbaycandan da bu barədə rəsmi qətnamə qəbul etməyi istəsə də, Azərbaycan hökuməti susqunluq nümayiş etdirib. 

Əgər Pakistanın Ermənistanla əlaqələr qurmağa çalışdığı haqda informasiya doğrudursa, istisna deyil ki, rəsmi İslamabadın bu qərarına Azərbaycanın Kəşmir məsələsindəki mövqeyi də təsir edib. Və yaxud da əksinə, ola bilsin ki, rəsmi Bakı Pakistan-Ermənistan danışıqlarından xəbərdar olduğu üçün Kəşmir məsələsində təmkinli mövqe nümayiş etdirib. 

Xəbərin ciddiliyini nəzərə alaraq, Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmandla əlaqə saxladıq. Səfir hazırda Azərbaycanda olmadığını və bu xəbər barədə heç nə deyə bilməyəcəyini bildirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam