Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Qarabağ məsələsində Azərbaycana köməyimizi əsirgəməyəcəyik” -Səfir

pakistan sefir

“Kəşmir məsələsində Pakistanı dəstəklədiyinə görə, Azərbaycana təşəkkür edirik. Həmişə olduğu kimi Dağlıq Qarabağ məsələsində Azərbaycan 

xalqına köməyimizi əsirgəməyəcəyik

Xeberinfo.com:  Bunu Kəşmir Həmrəylik Günü münasibətilə keçirdiyi mətbuat konfransında  Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib.  Səfir əlavə edib ki, 3 fevral tarixində Pakistan Parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Eyni qətnamə 4 il əvvəl də Pakisan Senatında qəbul edilib.

“Son altı ay ərzində Hindistan silahlı qüvvələri tərəfindən 120 ölüm və çoxu ağır vəziyyətdə olmaqla 20 min insan yaralanıb”-deyə, mətbuat konfransında  səfir Said Xan Mohmand bildirib.

Səfir deyib ki, Pakistan xalqı və hökuməti Hindistan tərəfindən işğal olunmuş Jammu və Kəşmirin (JoK) məzlum xalqına özlərinin fundamental hüquqları uğrunda apardıqları mübarizədə mənəvi, diplomatik və siyasi dəstəyini davam etdirəcək:“Hindistan son 70 ildə nəinki Jammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edir, həmçinin, onlara ən ağır insan hüquqlarının pozulması, zorakılıq və zülm tətbiq edir. Kürəcik silahların istifadəsi zamanı 150-dən çox insan kor qalıb, 1000-dən çox insan ağır göz xəsarəti alıb”.S.X.Mohmand deyib ki, Jammu və Kəşmir mübahisəsi yerinə yetirilməmiş öhdəlik kimi gündəmdədir və BMT-nin TŞ-nın gündəmində gözləyən ən köhnə münahisədir. Pakistan hökuməti məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə səslənərək, Hindistanın işğalçı qüvvələri tərəfindən JoK davam edən ümumi insan hüquqlarının pozulmasında müstəqil araşdırma tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam