Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ağdamda -Birgə Monitorinq Mərkəzinin açılışı olub

Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı olub

Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

Yenixeber.org: İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.

Qeyd olunub ki, Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla – su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədad müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Türkiyə-Rusiya Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Türkiyə-Rusiya Birgə Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam