Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerevanda Paşinyanı öldürmək çağırışı edən -keçmiş deputat həbs olunub

Yerevanda Paşinyanı öldürmək çağırışı edən keçmiş deputat həbs olunub

Yerevan Məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin Ermənistan parlamentinin keçmiş deputatı Vaan Badasyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, bu barədə vəkil Araik Papikyan bildirib. Buna səbəb keçmiş deputatın baş nazir Nikol Paşinyan barəsində fikirləri olub.

Yanvarın 28-də jurnalistlərlə söhbət edən Vaan Badasyan deyib ki, baş nazir Nikol Paşinyan hakimiyyətdən getməlidir. "Əgər getməsə, onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi təşkil etməyə başlayacam", - deyə o qeyd edib.

Vaan Badasyan bundan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sabiq deputat Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Konstitusiya quruluşunu zorla devirmə çağırışı) ilə ittiham olunub. Badasyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam