Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrəvandakı teraktla bağlı şok fakt:Qatil casus imiş

 

 

Ermənistan parlamentində 1999-cu ilin 27 oktyabrında törədilən teraktın iştirakçısı Nairi Unanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin casusu ola bilər.

Yenixeber.org: Bunu “Factor.am” saytına müsahibəsində Ermənistanın keçmiş hərbi prokuroru Qagik Cangiryan deyib.

“Nairi Unanyan 1988-ci ildə milli təhlükəsizlik orqanlarının maraq dairəsinə düşüb. O, region ölkələrindən birinin xüsusi xidmət orqanına qarşı istifadə üçün təsir dairəsinə salınması məqsədilə casusluğa namizəd kimi tədqiq edilib. Milli Təhlükəsizlik Nazirliyinin xidməti yoxlamalarının nəticələri təsdiq edir ki, 1999-cu ilin yazında milli təhlükəsizlik orqanları tərəfindən Nairi Unanyan haqqında informasiya əldə edilib, lakin yoxlama nazirliyin rəhbəri tərəfindən ləğv edilib. Hesab edirəm ki, adı çəkilən vəzifəli şəxs xidməti öhdəliklərini müvafiq şəkildə icra etsəydi, 27 oktyabrdakı cinayətin qarşısını almaq mümkün olardı”, – deyə o bildirib.

Qeyd edək ki, Nairi Unanyan Ermənistanda parlament teraktının əsas icraçısı olub. Sonradan Ermənistan mətbuatı onun Daşnaksütyun Partiyasının üzvü olduğunu bildirib.

Bundan öncə Ermənistan Müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan Unanyanın Ermənistan xüsusi xidmət orqanının casusu olduğunu və Robert Köçəryan tərəfindən qorunduğunu bəyan edib.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam