Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koçaryan bu gün həbs oluna bilər

 

Koçaryan bu gün həbs oluna bilər

Bizim mövqemiz ondan ibarətdir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs altında olmalıdır.

Yenixeber.org: Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda jurnalistlərlə söhbət zamanı ölkənin Baş prokuroru Artur Davtyan bildirib.

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi bu gün Robert Koçaryan barəsində ehtiyat tədbirlə bağlı şikayətə baxır. Baş prokuror iclasda iştirak edir. O, məhkəmənin gedişini şəxsən müşahidə etməyə qərar verib.

Xatırladaq ki, Xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində keçmiş prezidentdə konstitusiya quruluşunun devrilməsi ittihamını təqdim edib. O, bir gün sonra iki aylıq həbs edilib.

İrəvan Apellyasiya Məhkəməsi avqustun 13-də Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətini təmin edib. Məhkəmə Robert Koçaryanın toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Noyabrın 15-də Kassasiya Məhkəməsi işi əlavə təhqiqata göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam