Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ermənilərin Xocavənd təxribatının 3 səbəbi –Video

Xocavənddə faşist Qaregin Njde abidəsi təxribat yaratmaq məqsədilə qoyulub.

Yenixeber.org: Bunu Rusiya Hərbi Politoloqlar Assosiasiyasının üzvü Aleksandr Perenciyev deyib.

O bildirib ki, ermənilərin bu addımı atmasında bir neçə əsas səbəb var:

“Birincisi, bu aktı azadlıq mübarizəsində qalib gəlmiş Azərbaycandan qisas almaq cəhdi kimi qiymətləndirmək olar. İkincisi, bu, postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması mövzusu ilə Rusiyanı yenidən qıcıqlandırmaq məqsədi daşıyır. Üçüncüsü, azərbaycanlıların Rusiya sülhməramlılarına qarşı silahlı münaqişə yaratmasına bir daha cəhd etməkdir. Təxribatçıların fikrincə, bu, rəsmi Moskvanın Azərbaycanın qərb ərazilərində rəsmi Bakıya qarşı müharibəyə cəlb olunmasına şərait yarada bilər”.

Ekspert təxribatçıların “balıq tutmaq üçün suyu bulandırdıqlarını” da vurğulayıb:

“Yəni düşünürlər ki, Rusiyanın köməyi ilə Azərbaycanın işğaldan azad edilən torpaqlarını yenidən ələ keçirməyə cəhd etmək olar. Əminəm ki, bu, mümkün olmayacaq, faşist əlaltısının abidəsi isə birdən-birə deyil, zaman keçdikcə söküləcək”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam