Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qriboyedov ermənilər üçün ikona olmalı idi”-rusiyalı ekspert

Erməni faşisti və türklərin qanına susamış qəddar cani Qaregin Njdenin Ermənistanda qəhrəman obrazının yaradılması məsələsinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gündəm gətirilməsi Rusiya ictimaiyyətini də hərəkətə gətirib.

Yenixeber.org: Xəbər verdiyimiz kimi, Krasnodar vilayətinin Armavir şəhərində erməni kilsəsinin həyətində Njdeyə qoyulmuş xatirə lövhəsi əvvəlcə yerli dumanın deputatı tərəfindən qara boya ilə boyanıb.

Daha sonra xatirə lövhəsi yerli ictimaiyyətin və əhalinin tələbi ilə sökülüb. Bundan sonra erməni radikal millətçi Şaqen Arutyunyan Yerevanda ruslardan qisas almaq qərarına gəlib və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə eyni vaxtda (dekabrın 2-də axşam) rus diplomatı və dramaturqu Aleksandr Qriboyedovun abidəsini təhqir edib. O, abidənin üzərinə qırmızı boya töküb.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov “Cənub xəbərlər xidməti” agentliyinə (yugsn.ru) açıqlamasında deyib ki, ermənilərin bu hərəkəti axmaqlıqdır. “Onlar tarixi bilmir, axı məhz Qriboyedovun sayəsində ermənilər Cənubi Qafqazda məskunlaşmaq imkanı qazanıblar. O, ermənilər üçün ikona olmalı idi”,-Mixaylov deyib.

Habelə dekabrın 5-də Krasnodar vilayətinin Dövlət arxivindən Qaregin Njdeyə aid sənədlər yayılıb. Orada deyilir ki, Ter-Arutyunyan, yaxud Qaregin Njde kollaborasinost, alman-faşist qoşunlarının əlaltısı olub, SS-in Erməni Legionunun yaradıcılarından biridir və SSRİ-yə qarşı döyüşüb.

Krasnodar məhkəməsinin arxiv sənədlərinə əsasən 1920-1921-ci illərdə Ter-Arutyunyan Zəngəzurdakı qüvvələrin komandanı olub, orada Qırmızı orduya qarşı mübarizə aparıb və daha sonra xaricə qaçaraq antisovet təbliğatı aparıb. İkinci Dünya müharibəsi zamanı alman kəşfiyyat orqanları ilə əməkdaşlıq edib və sovet ordusunun hissələrinə qarşı diversiya əməliyyatları aparıb.

“Rusiya, Azərbaycan və hətta Ermənistan vətəndaşları qarşısında erməni “qəhrəmanı” haqda növbəti mifin üstü açıldı. Və Yerevandan olan millətçilərin, Rusiya ərazisində Njdeni qəhrəmanlaşdıranların buna qarşı verməyə cavabları yoxdur. Bundan əlavə, təxmin edə bilərəm ki, indi daha dərin və nüfuzedici məsələlər qarşıya qoyulacaq, nəticədə Rusiya ərazisində faşizmin qəhrəman obrazının yaradılmasına görə cəza nəzərdə tutan qanuna qarşı çıxanları cinayət məsuliyyəti gözləyəcək”,-Mixaylov deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam