Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiyalı ekspert: -"Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"

Rusiyalı ekspert: Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır

“Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.

Yenixeber.org: Bu fikirləri Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

“Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq “Azərbaycan öz ərazilərini hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək” fikrini önə çəkərək beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı çıxsın: “Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa hazırdır”.

Təmas xəttində sentyabrın 27-də baş verən hadisələrə dair Rusiyanı mövqeyini şərh edən politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini, münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb:

“Fikrimcə, yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı həm də bu danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı. Yəni İlham Əliyev demişkən danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam