Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynada -kafe və restoranlarda dövlət dilində danışmayanlar cərimələnəcək

Ukraynada kafe və restoranlarda dövlət dilində danışmayanlar cərimələnəcək

Ukraynada "Dil haqqında" qanunun yeni maddəsi qüvvəyə minib.

Yenixeber.org: Qanunu ölkənin keçmiş prezidenti Pyotr Poroşenko 2019-cu ilin yazında imzalayıb.

Belə ki, qanuna əsasən, bank, mağaza, kafe, restoran və kitabxana işçiləri müştərilərlə yalnız dövlət dilində - Ukrayna dilində danışmalıdırlar. Həmçinin mallar və xidmətlər üzərindəki məlumatlar da dövlət dilində yazılmalıdır.

Başqa bir dildə ünsiyyət qurmağa yalnız istehlakçı özü müraciət etdikdə icazə verilir.

Qanunu pozanlar 7 min qrivna (423,5 manat) məbləğində cərimə olunacaqlar. Qanunun cərimələrlə bağlı maddəsi 2022-ci ildə qüvvəyə minəcək.

Xatırladaq ki, ötən ilin oktyabrında Ukraynanın Ali Məhkəməsi prezidentin ünsiyyət dili ilə bağlı qərar qəbul edib. Məhkəmə dövlət başçısının üzərinə vəzifəsinin icrası zamanı dövlət dilində danışmaq öhdəliyi qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam