Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Türkiyə Dağlıq Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almadı” -Ərdoğan

 

“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

O bildirib ki, Türkiyədən başqa, İŞİD- terror təşkilatı ilə qətiyyətlə mübarizə aparan Avropa ölkəsi yoxdur.

Ərdoğan qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Aİ ailəsində layiq olduğu yeri tutmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam