Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə prezidentinin Brüsselə səfərinin proqramı -açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə birgünlük Brüsseldə işgüzar səfərdədir.

Yenixeber.org: Bildirilib ki, Türkiyə prezidenti səfər çərçivəsində Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin də qatılacağı görüşdə Türkiyə-Avropa İttifaqı arasında ikitərfli əlaqələrin bütün istiqamətləri, əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik atıla biləcək addımlar müzakirə ediləcək.

Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, suriyalı qaçqınlarla bağlı yaranan problem, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.

Türkiyə prezidenti səfər çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul etməyi də planlaşdırır.

Qeyd edək ki, Avropa İttifaqı rəsmi Ankaradan Yunanıstan-Türkiyə sərhədinə cəmləşən suriyalı qaçqınları geri çəkməsini istəyir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam