Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ceymstaun Fondu: Qarabağ müharibəsinin başa çatması region üçün yeni imkanlar açdı

Ceymstaun Fondu: Qarabağ müharibəsinin başa çatması region üçün yeni imkanlar açdı

“Dünyanın əksər ölkələri üçün COVID-19 pandemiyası nəticəsində yaranan problemlərlə yadda qalan 2020-ci il Azərbaycan üçün müstəqillik qazandıqları 1991-ci ildən bu yana ən əlamətdar və zəngin il oldu”.

Yenixeber.org: Bu fikirlər Ceymstaun Fondunun (The Jamestown Foundation) “2020-ci ilin icmalı: Azərbaycan pandemiya və Qarabağda müzəffər müharibə ilə üzləşib” adlı məqalədə irəli sürülür.

Müəllif Fuad Çıraqovun fikrincə, ötən ilki hadisələri nəinki Azərbaycan üçün, bütün regionun gələcək geosiyasəti üçün də mühüm əhəmiyyət daşıyır: “Sözsüz ki, müharibə və koronavirusun yaratdığı böhranla bağlı çətinliklər Azərbaycandakı siyasi sistemin nə qədər dayanıqlı olmasına dair sınaq oldu”.

Məqalədə Azərbaycan üçün 2019-cu ilin daxili siyasət, islahatlar, Ermənistanla münaqişədə isə ehtiyatlı davranış ili olduğu irəli sürülür. Ermənistanda 2018-ci ildəki “məxməri inqilab”ın Qarabağda sülhə gətirib çıxarıb-çıxarmayacağına dair ekspert və müşahidəçilərin tələsik fikir bildirməkdən çəkindiklərini qeyd edən müəllif ötən ilin əvvəlindən bu meyllərin sürətlə dəyişməyə başladığını qeyd edir:

“Ermənistandakı yerli siyasət dinamikasının məntiqi yekununa çatmasını, baş nazir Nikol Paşinyanın Qarabağa dair mövqeyini qətiləşdirəcəyini səbrlə gözləyən Azərbaycan rəhbərliyi 2020-ci ilə də əsas diqqəti daxili məsələlərə yönəltməklə başladı. 2020-ci ilin 9 fevral günü Azərbaycanda erkən seçkilər keçirildi”.

Müəllif yazır ki, ilin ortalarından Qarabağ münaqişəsi ətrafındakı gərginlik artmağa başladı:

“Kövrək danışıqlar Ermənistan rəsmilərinin kəskin bəyanatları və başqa təxribatçı addımları ilə qismən pozuldu. Yayda ziddiyyətlər artdı. İyul ayının 12-ilə 16-sı arasında Azərbaycan ilə Ermənistan hərbi qüvvələri Qarabağdakı təmas xətti boyunca yox, Tovuz istiqamətində rəsmi dövlət sərhədləri boyu toqquşdular... Nəhayət, sentyabrın 27-də Qarabağda atəşkəs bir daha pozularkən Azərbaycan ordusunun hissələri Ermənistanın işğal olunmuş ərazilərdə yerləşən hərbi birliklərinə qarşı əks-hücum əməliyyatı həyata keçirdi. 44 gün davam edən müharibə minlərlə insan həyatına son qoyaraq 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişilə dayandırıldı”.

Məqalədə İkinci Qarabağ müharibənin başa çatması ilə bütün Cənubi Qafqaz regionu üçün yeni infrastruktur fürsətlərinin də açıldığı qeyd olunur:

“Üçtərəfli atəşkəs bəyanatına əsasən Azərbaycan ilə Ermənistan arasında və region boyu bütün iqtisadi və nəqliyyat bağlantıları 30 il ərzində istifadəsiz qaldıqdan sonra açılacaq. Toqquşmalar dayandırıldığı müddətdə Azərbaycanın və regionun rəsmiləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz üçün alternativ gələcək, hətta Ermənistanın on illərlə kənarda qaldığı müştərək regional layihələrə daxil olmasını təklif etdilər. Beləliklə, Yerevan razılıq versə, keçmiş döyüşən tərəflərin gələcəkdə birgə sülhə nail olacağı ehtimalı var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam