Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şuşa belə azad edilib: -Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub

Şuşa belə azad edilib: Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub

“Fransanın Le Monde qəzetinin Xankəndidəki reportyoru yazır ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır. Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları”.

Yenixeber.org: Bunu jurnalist Elçin Alıoğlu yazıb. Onun sözlərinə görə, bu o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunub. “Yəni xüsusi təyinatlılarımız tiqranoidlərlə şir kimi vuruşublar. "Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar", - reportyor yazır.

... Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar.

Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başlayıblar.

Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürüblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə girən xüsusi təyinatlılarımız 2 sutka döyüşüblər. Zirehli texnikası, topsuz, aviasiyasız.

Noyabrın 6-da, axşam saatlarında ordumuzun motoatıcı hissələri özlərini çatdırıblar. Noyabrın 7-də şəhər düşməndən təmizlənib. Düşmənin bir neçə əks-hücum cəhdi heç bir nəticə verməyib.

Şuşa belə azad olundu. Var olsun Vətən!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam