Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini -UNESCO-nun Baş direktoruna təqdim edib

Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun Baş direktoruna təqdim edib

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev etimadnaməsini qurumun Baş direktoru Odre Azuleyə təqdim edib.

Yenixeber.org:  Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev təşkilatın Parisdəki baş qərargahında UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb.

UNESCO-nun Baş direktoru Azərbaycanın təşkilat yanındakı daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.

Sonra Azərbaycan-UNESCO arasında ikitərəfli münasibətlər müzakirə olunub. O.Azule Azərbaycan ilə UNESCO arasında uzunmüddətli və məhsuldar əlaqələrin mövcud olduğunu qeyd edərək, ölkəmizin müxtəlif sahələrdə təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.

Baş direktor bu əməkdaşlığın davamlı olmasını arzu edərək, səfir E.Abdullayevə yeni missiyasında uğurlar diləyib.

Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə E.Abdullayev təşkilatın bütün üzv dövlətlərlə bərabər səviyyəli münasibətlər qurmasının vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam