Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daxili İşlər Nazirliyi -şəhid ailələrindən üzr istədi

Daxili İşlər Nazirliyi şəhid ailələrindən üzr istədi

Daxili İşlər Nazirliyi dünən Bakıda toplaşan bir neçə şəhid ailəsinə qarşı polis əməkdaşlarının kobud davranması haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

Yenixeber.org: DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında çox təəssüf ki, xırda insident yaşanıb:

“Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm. Rəhbərliyin tapşırığına əsasən nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.

Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn edilməsinə etiraz edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam