Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN növbəti dəfə xəbərdarlıq edib-Sosial şəbəkə fırıldaqçıları ilə bağlı

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Yenixeber.org: DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır:

"Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar, Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam