Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Britaniyanın müdafiə naziri Türkiyənin PUA-larından danışdı-Böyük Britaniya nümunə götürməlidir

 

 

 Türkiyənin “Bayraktar TB2” pilotsuz uçan aparatlarını effektiv tətbiq etməsi nəticəsində Liviyada və Suriyada qüvvələr balansı dəyişdi.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatları əvvəlcə Suriyanın İdlib əyalətində gedən döyüşlərdə, daha sonra Liviyada feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı döyüşlərdə effektiv tətbiq edilib. Bu PUA-lar çoxsaylı hədəfləri, o cümlədən Rusiyanın istehsalı olan ən azı 23 “Pantsir” zenit raket-top kompleksləri vurub. Nəticədə “Bayraktar TB2” beynəlxalq mediada “Pantsir”lərin qənimi adını qazanıb.

Nazirin sözlərinə görə, Böyük Britaniya müdafiə məsələsində digər ölkələrin təcrübəsindən nümunə götürməlidir. Konkret olaraq London Türkiyənin uğurlu təcrübəsinə diqqət yetirməlidir.

 

“Diqqət yetirin, Türkiyə 2019-cu ilin ortalarından bəri Liviyada “Bayraktar TB2” PUA-larına necə uğurla tətbiq edir. Bu pilotsuz aparatlar informasiyaların toplanması, müşahidə, hərbi obyektlərə, təchizat yollarına və logistik bazalara zərbə endirilməsi üçün effektiv tətbiq edilir”,-Ben Uolles deyib.

Nazir habelə xatırladıb ki, ötən ilin iyul ayında Türkiyə qoşunları pilotsuz aparatların köməyi ilə Liviyada Haftarın qüvvələrinin Cufra aerportu rayonunda yerləşən komanda məntəqəsini və iki nəqliyyat təyyarəsini məhv edib.

“Türkiyənin Suriyadakı hərəkətlərini, “ağıllı” sursatların effektiv tətbiqini, düşmənin tanklarının, zirehli texnikasının və zenit-raket qurğularının necə məhv edilməsini yada salın. Bütün bunlar Bəşər Əsədin ordusunun sıralarında ağır itkilərə gətirib çıxardı. 3 minə yaxın yaraqlı, 151 tank, 8 vertolyot, üç PUA, qırıcılar, yük maşınları, səkkiz HHM sistemi, digər hərbi texnika və komanda qərargahları məhv edildi”,-Ben Uolles xatırladıb.

Xatırladaq ki, Azərbaycan da Türkiyədən “Bayraktar TB2” pilotsuz aparatlarının və digər PUA-ların alınması üçün anlaşma əldə edib. Tovuz istiqamətində gedən son döyüşlər bu müasir PUA-ların Azərbaycan ordusunun silahlanmasına qəbul edilməsini daha da aktuallaşdırıb. Xəbər verildiyi kimi, ötən gün Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Türkiyəyə gedərək müdafiə naziri Hulusi Akarla danışıqlar aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam