Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Məişət zorakılığı cinayətlərinin artdığı bölgələr -STATİSTİKA

Məişət zorakılığı cinayətlərinin artdığı bölgələr -  STATİSTİKA
Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 646-sı və ya 4,9 faizi məişət zorakılığı ilə bağlı olub.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən bildirib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 4,7 faiz azdır.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 12,5 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 6,3 faizi sərxoş vəziyyətdə həyata keçirilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,6 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 3,6 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,3 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,6 faizi əzab vermə, 1,9 faizi isə digər cinayətlərə aiddir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 5,2 faiz azalaraq 663 nəfər olub. Onların da 77,1 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.

Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Lənkəran iqtisadi rayonu üzrə 1,5 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 30,8 faiz, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 20,0 faiz, Aran iqtisadi rayonu üzrə 11,0 faiz, Bakı şəhəri üzrə 8,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz azalma, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2, dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 30,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 7,7 faiz artım müşahidə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam