Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 8288 cinayət qеydə alınıb-Bu il

 

 

 Bu ilin 9 ayı ərzində Bakıda 8288 cinayət qеydə alınıb.

Yenixeber.org: Bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənov bildirib ki, оnların da 88,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi ağır və хüsusilə ağır növlər оlub.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 9,4 faiz, ağır və хüsusilə ağır cinayətlər 38,4 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4,6 faiz, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmalar 35,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 19 faiz, o cümlədən avtonəqliyyat vasitələrinin oğurluğu 3,4 dəfə, dələduzluqlar 37,3 faiz, avtonəqliyyatın qaçırılması 6,6 faiz, qanunsuz ağac kəsmə 2 dəfə, insan alveri ilə bağlı cinayətlər isə 8,9 faiz azalıb: “Ümumi cinayətlərin 79,8 faizinin, o cümlədən ağır növlərinin 80,5 faizinin, qеyri-aşkar şəraitdə baş verən 74,4 faizinin açılması təmin olunub. Xüsusən şəxsiyyət əleyhinə оlan cinayətlərin 94 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 90,7 faizinin, adam öldürməyə cəhdlərin 100 faizinin, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,7 faizinin açılması təmin edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam