Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerevanda -kütləvi itaətsizlik aksiyaları başlayıb

Yerevanda kütləvi itaətsizlik aksiyaları başlayıb

Ermənistanda “Vətənin qurtuluşu” hərəkatı ümumermənistan itaətsizlik aksiyalarına başlayıb.

Yenixeber.org: Paytaxt Yerevanın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışır.

Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilib.

Vətən Partiyasının üzvü Arsen Babayanın sözlərinə görə, sadəcə hökumət binası çevrəsində 600-dək polis var.

Erməni vəkillər ölkənin parlamentinə, daha sonra prokurorluq istiqamətində yürüş ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istintaqa cəlb edilməsi və həbs olunmasını tələb edirlər. Onlar tələblərinin yerinə yetirilmədiyi təqdirdə oturaq aksiyaya başlayacaqlarını açıqlayıblar.

Qeyd edək ki, N.Paşinyanın istefasını tələb edənlərin sırasına elm, idman və mədəniyyət sahələrinin bir sıra nümayəndələri, Ermənistan Elmlər Akademiyası, Yerevan Dövlət Universiteti və digər təhsil ocaqlarının əməkdaşları qoşulub. Hökumət başçısının istefası çağırışlarını prezident Armen Sarkisyan, Erməni Apostol Kilsəsi, müxtəlif diaspor təşkilatları və 150 civarında yaşayış məntəqəsinin başçıları da dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam