Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Ermənistan ordusu Qarabağı tərk edəcək”

“Ermənistan ordusu Qarabağı tərk edəcək”

“Gəlin yeni yaranan konfiqurasiyaya baxaq. Faktiki olaraq, yeni status-kvo yaranıb. Ermənistan bu prosesdən çıxarılıb. Qısa müddətdən sonra bu ərazidə qalan Ermənistan ordusu oranı tərk edəcək. Bu, aydındır və proses başlayıb”.

Yenixeber.org: Bunu Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, eyni zamanda Laçın, Kəlbəcər və Ağdamdan da erməni hərbi hissələri çıxarılıb.

“Ermənistan artıq bu münaqişədə xarici amilə çevrilib. Yuxarıda qeyd etdiyim kimi beynəlxalq sərhəd bərpa olunur. Ermənistan prosesdə xarici amil kimi nə istəyir danışsın. Bunun təsiri əvvəlki ilə müqayisədə 10 dəfə azalıb. Üstəlik, bu siyasi prosesdə Minsk Qrupu da yoxdur. Var Azərbaycan, Türkiyə və Rusiya. Baxmayaraq ki, Türkiyə birgə bəyannaməyə imza atmayıb, amma o, rəsmi olaraq prosesin üzvüdür. 

Bu üçtərəfli prosesdə Azərbaycan bəyan edib ki, heç bir status olmayacaq. Türkiyə də elan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Rusiya da dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ona görə, Putinin mətbuat konfransında işlətdiyi status ifadəsində siyasi statusdan daha çox gələcəkdə formalaşacaq vəziyyəti qeyd edir. 

Yəni orada kompakt şəkildə ermənilər yaşadığından ola bilsin ki, hansısa xüsusiyyətlər olacaq. Bəlkə yolun kənarında yazılar Azərbaycan dili ilə yanaşı erməni dilində də olacaq. Bunu indiki halda bilmək olmaz, bəlkə də heç bu da olmayacaq. Sözsüz, Azərbaycan çalışıb elə şərait yaradacaq ki, ermənilər Rusiya və Türkiyədə yaşadıqları kimi həmin bölgədə yaşasınlar. Onlara Rusiya və Türkiyədə verilən imtiyaz və hüquqlar qədər hüquq verilə bilər, artığı yox”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam