Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“RUSİYA BİLMƏLİDİR Kİ, TÜRKİYƏ MÜHARİBƏYƏ DAXİL OLACAQ” –“NATO-nun müəyyən qüvvələri Türkiyəyə kömək edəcək...”

 

 Son günlər Ermənistan ordusu yenidən təmas xəttində gərginliyi artıran addımlar atmağa başlayıb. Sentyabrın 20-də Şəmkir istiqamətində Azərbaycan ordusu Ermənistana məxsus dronu vurub, sentyabrın 21-də səhər saatlarında isə Tovuz istiqamətində təxribatın qarşısını alarkən Azərbaycan ordusu şəhid verib. Son bir ay-ay yarımda isə cəbhədə hərbi əməliyyatların bərpa olunacağına dair əminlik yaranıb.

 Yenixeber.org: Bu mövzuda sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə söhbətləşmişik.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, sentyabrın 19-dan 20-nə keçən gecə, habelə səhər saatlarında Ermənistan ordusu Şəmkir-Tovuz istiqamətində təxribatlara başlayıb. Sizcə, indi cəbhədə real vəziyyət nədən ibarətdir?

- Bir aya yaxındır ki, ermənilərin müharibə ritorikası güclənib. Əlbəttə, onların nəyə güvənərək belə iddialı şəkildə müharibəyə başlayacaqları, yeni torpaqlar ələ keçirəcəklərinə dair fikirlər səsləndirmələri anlaşılmazdır. Hətta Gəncəni ələ keçirəcəklərinə dair ağılasığmaz fikirlər səsləndirirlər. Bəli, Azərbaycan əraziləri üzərində ermənilərin Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuş sayı da çoxalıb. İki gün əvvəl bizim hava hücumundan müdafiə qüvvələrimiz belə bir PUA-nı vurub. Cəbhə boyunca atəşkəs rejiminin pozulması mütəmadi baş verir və bu prosesdə təşəbbüskar tərəf Ermənistandır. Sözsüz ki, onların layiqli cavabı ordumuz tərəfindən verilir. Eyni zamanda onların snayper qrupları əvvəlki dövrlə müqayisədə daha çox fəallıq nümayiş etdirirlər. Bunun nəticəsində bir əsgərimiz şəhid olub.

Mənim anladığım belədir ki, ruslar erməniləri yenidən oynadırlar. Son dövrlər Rusiyadan Ermənistana hava körpüsü quruldu, 400 tona qədər döyüş sursatı, müasir avadanlıqlar Ermənistana göndərilib. Üstəlik, Rusiya elan etdi ki, ermənilər Tovuza hücum zamanı Azərbaycanın həyata keçirdiyi qlobal infrastruktur layihələrini ələ keçirmək istəyirmiş. Rusiya Xarici İşlər naziri bunu elə sadəlöhv şəkildə söyləyirdi ki, sanki beynəlxalq layihələr olduğunu, bu layihələr üzərində ABŞ və Avropanın nəzarəti olduğunu unudurdu. Bakı-Tbilisi-Ceyhanın operatoru BP şirkətidir. Sanki erməniləri Azərbaycanın bu bölgələrinə yönlədirirlər. Düzdür, son hadisələr zamanı da ordumuz buna imkan vermədi. Türkiyə isə bu məsələni özünün şəxsi məsələsi kimi qiymətləndirir. Çünki Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu da Ankara üçün strateji əhəmiyyətə malikdir. Bu layihələrə hücum etmək Türkiyəyə hücum etməkdir. Bu səbəbdən də Türkiyə dövləti elan etdi ki, Azərbaycana hücum və təcavüz Türkiyəyə qarşı təcavüz kimi qəbul ediləcək. Ermənilər başa düşürlər ki, Azərbaycanla baş edə, bizim hücumumuzun qarşısında dura bilməzlər. Üstəlik də son vaxtlar PKK ünsürlərinin Ermənistana və Qarabağa keçməsinə dair xəbərlərin şahidi oluruq ki, bu da Türkiyə üçün təhdid xarakteri daşımaqla yanaşı əlavə imkanlar da açır.

- Bəs cəbhədə gərginlik yaratmaqda ermənilərin və rusların yekun məqsədi nədir?

- Bu maraq və məqsədi fərqli prizmadan qiymətləndirmək olar. Məsələn, ruslar Avropa bazarlarında böyük itkilərə məruz qalıblar. Avropanın qaz təminatında rusların payı 40 faizə qədər azalıb. Türkiyənin qaz təminatı bazarında da itkiləri olub, artıq bu bazarda Azərbaycan hökmranlıq etməyə başlayıb. Həm Türkiyə, həm də Avropa bazarlarında Azərbaycan qazının iştirakı payının artmasını Rusiya ona qarşı çevrilən hərəkət kimi qiymətləndirir. Və bazarlardakı itkisini Azərbaycanın “ayağına yazmaq” istəyir. Halbuki, dövlətlər arasında rəqabət var, qaz ixrac edən ölkələr müqaviləyə əsasən qazlarını satırlar. İtaliya, Serbiya, Albaniya kimi ölkələr əgər Azərbaycan qazını almaq istəyirlərsə, bunun günahı Azərbaycanda deyil. Ehtimal edirəm ki, rusları bu reallıq qıcıqlandırır. Amma ABŞ, həmçinin Əlcəzair də Avropa bazarına sıxılmış qaz ixrac edir. Qəribədir ki, nədənsə Azərbaycanı günahkar bilirlər və üçüncü əl vasitəsilə Azərbaycanı cəzalandırmağa çalışırlar.

Ermənilərin isə görünən odur ki, iştahası artıb. Ermənistan Müdafiə naziri Tonoyan deyir ki, onlara yeni torpaqlar lazımdır. Gəncəyə, Naxçıvana iddialar irəli sürürlər. Bir sözlə, erməniləri silahlandırıblar və ruhlandırıblar. Onlar da aranı qatmaq istəyirlər. Rusiya bu prosesdə fəal iştirak edir, faktiki Ermənistana pulsuz silahlar verir. Ermənilər də bundan ruhlanır, düşünürlər ki, onların arxasında Rusiya dayanıb. Amma Rusiya diplomatiyası, rəhbərləri yaxşı bilməlidir ki, bölgədə müharibə baş versə, bu müharibəyə Türkiyə daxil olacaq, ola bilsin ki, NATO-nun müəyyən qüvvələri bu prosesdə Azərbaycan və Türkiyəyə kömək edəcək. Çünki Cənubi Qafqazdan Rusiyanın vurulub çıxarılması NATO strategiyasında əsas yerlərdən birini tutur. Başqa sözlə, müharibə çox qorxulu, təhlükəli və dəhşətli ola bilər. Ermənilər bunu anlamalıdırlar.

- Azərbaycan dövlət başçısı son müsahibəsində açıq bildirdi ki, Ermənistanın qoşunlarının dislokasiyası, harada cəmlədiyinə dair informasiyalar var, bu ölkə təxribatlara, müharibəyə hazırlaşır. Əlavə edildi ki, təxribatların cavabı da artıqlaması ilə veriləcək. Prezidentinin bu fikirlərinin açıqlaması nədir?

- Danışıqlar prosesi faktiki yoxdur, dalana dirənib və bunun da səbəbkarı Ermənistandır. Masada real və ədalətli sənəd olmalıdır ki, müzakirələr yolu ilə fərqli mövqeləri kompromisə gətirmək mümkün olsun. Amma Ermənistan tərəfi gah deyir ki, biz kimik Dağlıq Qarabağ adından danışıq aparaq, gah deyir ki, danışıqlar prosesində qondarma Qarabağ Respublikası iştirak etməli, Azərbaycan onlarla danışıq aparmalıdır. Beləcə Minsk Qrupu danışıqlar prosesini yeniləmək istəyəndə Paşinyan hökuməti yerinə yetirilməsi mümkün olmayan iddialarla çıxış edir və nəticədə proses pozulur. Son bir ildə isə faktiki olaraq normal danışıqlar prosesi yoxdur. Yalnız bir dəfə xarici işlər nazirləri video-konfrans vasitəsilə görüşüblər və onda da pandemiya məsələsi müzakirə olunub. Prezidentin mövqeyi belədir ki, nəticəsi olan, sülh yaradılması prosesinə çevriləcək danışıqlar olarsa, Bakı belə müzakirələrə hazırdır. Amma erməni tərəfi danışıqları pozur. Hazırda danışıqlar prosesi yoxdur. Danışıqlar prosesi dayanırsa, bu zaman bizim haqqımız var ki, dialoqun alternativi olan vasitələri seçək. Söhbət “isti müharibə”nin olması ehtimalından gedir. Ehtimal edirəm ki, Prezident də buna işarə edib. Qətiyyətli və inamlı formada erməni tərəfinə mesaj göndərir ki, aranı qarışdırmayın, bölgədə əgər müharibə olsa, ilk növbədə sizin üçün ziyanlı olacaq.

- Prezidentin çıxışından əvvəlki iki gün ərzində Azərbaycanın Müdafiə naziri ordunun zabit heyəti ilə görüşüb, orada müəyyən tapşırıqlar verib, habelə ehtiyatda olan hərbçilərin təlimlərə cəlb olunması haqda qərar çıxarılıb. Bütün bunlar bölgəni müharibəyə aparır, yoxsa tərəflər arasında psixoloji güc nümayişi baş verir?

- Bu artıq müharibə hazırlığıdır. Azərbaycan ordusunun bütün hissələri təlimlərə cəlb edilib. Üstəlik təlimlər təmas bölgələrinə yaxın nöqtələrdə keçirilir. Bugünlərdə isə Hərbi Səfərbərlik Xidməti ehtiyatda olan zabit və sıravi heyətin səfərbərlik toplanışlarına çağırılması haqda qərar verib. Müdafiə naziri də bu haqda danışırdı. Məncə, orduya yeni qüvvələrin cəlb edilməsi istiqamətində fəaliyyətə başlanır. Bu yaxınlarda tərxis olunan insanlar səfərbəriyə alınır və təlimə cəlb edilir. Faktiki hərbi toplanış baş verir. Bu, müharibəyə hazırlıqdır. Dinc dövrdə belə səfərbərliklər çox az halda baş verir və ya baş verdikdə qısamüddətli olur. Amma indi nəzərdə tutulub ki, minimum 10 min ehtiyatda olan hərbi qulluqçu səfərbərlik prosesinə cəlb edilsin, silah, taktika, döyüş təlimləri onlara yenidən öyrədilsin. Bir sözlə, Azərbaycan ordusunun arxa cəbhəsini təşkil edəcək qüvvələr ciddi surətdə döyüş təlimləri keçəcək. Ola bilsin ki, başqa istiqamətlərdə də əmrlər imzalansın.

- Qoşunların təmas xəttində nələr baş verə bilər, yaxın dövr üçün proqnozlarınız nədən ibarətdir?

- Proqnozum belədir ki, Ermənistan danışıqlar prosesinin təzələnməsinə müqavimət göstərməkdə davam edəcək. Düzdür, BMT və ATƏT danışıqlar prosesinin yenilənməsi üçün səy göstərirlər. Daha doğrusu, BMT maksimum formada səy göstərir, amma danışıqlar prosesi faktiki alınmır. Minsk Qrupu isə fəal deyil. Onlar yalnız bir dəfə tərəfləri danışıqlar masasına səsləyib, sonra susublar. Bu susma da təəccübləndiricidir. Faktiki olaraq fəal səylərini ortaya qoymurlar. Minsk Qrupunun iki həmsdəri olan Fransa və Rusiya demək olar ki, Ermənistan yanlıdır. ABŞ bu məsələdə nisbətən obyektivlik və loyallıq nümayiş etdirir.

Üstəlik son dövrlər ermənilər müharibədən, yeni torpaqlar ələ keçirməkdən danışırlar. Həm də belə fikirlər Müdafiə naziri Tonayanın dilindən çıxır. Eləcədə qondarma “Dağlıq Qarabağ respublikası”nın müdafiə şurasının sədri olan şəxs belə bəyanatlarla çıxış edir. Sözsüz ki, bütün bunlar gərginliyi artırır, müharibə əhval-ruhiyyəsini xeyli gücləndirir. Faktiki bölgə müharibə istiqamətində irəliləyir, hər iki tərəf müharibə hazırlığı həyata keçirir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam