Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Erməni əsgər meyitlərinin sayı artır-Erməni mediası yazır

Horadizdə, Cəbrayılda və digər yerlərdə axtarışlar aparan xilasetmə qrupları Qarabağ müharibəsində həlak olmuş daha 22 erməni əsgərinin meyitini aşkarlayıb.

Yenixeber.org: Bu barədə “News.am” xəbər verir.

Qeyd edilir ki, axtarış işləri noyabrın 13-dən aparılır. Azərbaycan ərazilərindən indiyədək ümumilikdə 1 020 erməni əsgərinin meyiti çıxarılıb. Axtarış işləri davam edir.

Məlumata görə, növbəti axtarışlar Şuşanın dağ-meşəlik ərazilərində, həmçinin Hadrut və Cəbrayılda aparılacaq. Axtarış işlərində itkin düşən erməni əsgərlərinin valideynləri də iştirak edir. Qeyd edilir ki, Rusya sülməramlıları axtarışların aparılması üçün danışıqlar aparmağa yardım göstərirlər.

Daha əvvəl Ermənistanın “Politik.am“ saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. "Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt vurğulayıb.

Hökumətdəki mənbələr isə sayta bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.

Horadizdə, Cəbrayılda daha 22 erməni əsgərinin meyitini aşkarlanması Ermənistan ordusunun Qarabağ müharibəsindəki itkilərinin sayının artdığını göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam