Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

892 erməni hərbçinin meyiti taplıb -Döyüş bölgəsindən

 

 

Bu günədək Qarabağda aparılan axtarış tədbirləri nəticəsində 892 erməni hərbçinin meyiti tapılıb.

 Yenixeber.org: Bununla bağlı Ermənistan mətbuatı xəbər verir. Qarabağdakı ermənilərin təmsilçisi Unan Tadevosyan bildirib ki, götürülən meyitlərin çoxu tanınmaz haldadır. O, axtarış işlərinin döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə aparıldığını deyib. “Biz ötən günlər ərzində 892 hərbçinin meyitini tapmışıq. Son günlər atəşkəs rejiminin pozulması səbəbindən axtarış işləri dayandırılmışdı. Ancaq dünən Cəbrayıl rayonunda və Füzulinin Qaraxanbəyli kəndində axtarışlar bərpa olundu”,-Tadevosyan deyib. Məlumatda deyilir ki, sabah, yaxud o biri gün axtarış əməliyyatları Qubadlı və Zəngilanın cənubunda, Xanlıq kəndində, həmçinin digər ərazilərdə aparılacaq. Eçmiədzin sakinlərinin dediyinə görə, təkcə Xanlıq ərazisində 34 hərbçi itkin düşüb.

Erməni mənbələri axtarış işlərinin nə vaxt bitəcəyi barədə sualı cavablandırmağa çətinlik çəkib. Qeyd olunub ki,  hələ nə qədər meyitin tapılmadığını demək mümkün deyil, rəsmi qurumlar da itkin düşənlərin siyahısını açıqlamır.

Qeyd edək ki, meyiti tapılanlar Qarabağdakı qondarma rejimin təmsilçiləridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam