Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Minasyan: -“1400 nəfər itkin və meyiti tanınmaz hala düşmüş 700 ölü var”

Minasyan: “1400 nəfər itkin və meyiti tanınmaz hala düşmüş 700 ölü var”

Ermənistan hakimiyyəti həqiqəti təhrif etməyə və narazılıq dalğası doğuran informasiyanı ictimaiyyətdən gizlətməyə davam edir.

Yenixeber.org: Bu barədə “Politik.am“ yazıb.

Sayt bildirib ki, indiyə qədər Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə rəsmən bildirilməyib.

"Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt bildirib.

Ermənistan hakimiyyəti hələlik 3 000-dən çox hərbçinin həlak olması barədə açıq bildirib.

Hökumətdəki mənbələr isə “Politik.am”a bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.

"İtkinlərin çox hissəsi əslində həlak olub, onların meyitləri Ermənistanın ərazisinə aparılmayıb. Hazırda morqlarda şəxsiyyəti məlum olmayan 700 meyit var", - sayt yazır. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam