Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu partiyalar ofislə təmin edildi - FOTOLAR

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı siyasi-hüquqi islahatlar siyasi plüralizmin təşviqini, siyasi partiyalarla sağlam dialoqu ehtiva edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçılarıdır. Siyasi münasibətlərdə dialoq mühitinin yaranması isə demokratik ənənələrin formalaşmasına, siyasi partiyalarla sağlam əməkdaşlığa zəmin yaradır.
Yenixeber.org: İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu baxımdan yeni siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır.

Belə ki, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib. Bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam