Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sosial islahatların ardınca siyasi islahatlar?

Mehman Əliyev: “Vətəndaş cəmiyyəti ilə müəyyən dialoq ola bilər, KİV-lərlə bağlı addım atıla, partiyalarla danışıqlara gedilə bilər”

Əli Əliyev: “Hakimiyyətin fəaliyyət trayektoriyasından görünür ki, dəyişikliklər etmək istəyirlər”

Yenixeber.org: Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam aparılan sosial islahatların ən vacib və əhatəli həlqəsindən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial problemlərlə bağlı müşavirədə deyib ki, 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və nail olunacaq ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar. Prezidentin bu açıqlaması islahatların əhatə dairəsinin daha da  genişləndiriləcəyinin anonsu kimi də qəbul edilir.

 

Mehman Æliye ile ilgili görsel sonucu

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev azadliq.org-a bildirib ki, prosesin gedişatında hakimiyyətin siyasi istiqamətdə bəzi addımlar atacağı istisna deyil: “Vətəndaş cəmiyyəti ilə müəyyən dialoq ola bilər, KİV-lərlə bağlı addım atıla bilər, partiyalarla danışıqlara gedilə bilər”.

Mehman Əliyevin qənaətincə, hökumət əsas diqqəti sosial problemlərə yönəldəcək: “İslahat deyəndə hökumət birinci növbədə sosial və iqtisadi problemlərin həllinə çalışacaq”.

Æli Æliyev ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Yeni Müsavat” a bildirdi ki, hakimiyyətin fəaliyyət trayektoriyasından görünür ki, dəyişikliklər etmək istəyirlər: “Baş verənləri bütün sahələri əhatə edən islahat adlandırmaq hələlik tezdir. Amma bütün sahələri, o cümlədən siyasi sahəni, vətəndaş cəmiyyətini də əhatə edəcək islahat potensialı qalmaqdadır. İslahat daha fundamental dəyişiklikləri ehtiva etməlidir. İlk növbədə siyasi seqmentin şərtləri dəyişməlidir. Bütün inkişafın da, fəsadların da kökündə siyasi təfəkkür durur. İdarəçilikdə siyasi fəlsəfə dəyişməlidir ki, cəmiyyət bütövlükdə normal inkişafa qədəm qoysun. Bu işi görmək mümkündür.  Ümid edək ki, siyasi islahatlara da gediləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam