Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Rus sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur" -Vitse-spiker


“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi. Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil”. 

Yenixeber.org: Bunu Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev  sosial şəbəkədə yazıb. O qeyd edib ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz:

“Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdırlar, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı.

Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bugün ölkəmiz nəinki regionun həm də dünyanın ən güclü dövlətlərindən biridir. 

Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam