Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Kəlbəcər və Laçın yenidən Azərbaycanın turizm simasına çevriləcək"

Kəlbəcər və Laçın yenidən Azərbaycanın turizm simasına çevriləcək 

"Azərbaycan Ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Kəlbəcər və Laçın rayonları SSRİ dövründə turizm bölgəsi kimi tanınıblar. Düşünürəm ki, onlar yenidən Azərbaycanın turizm simasına çevriləcək".

Yenixeber.org: Bunu açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.

"Məsələn, təkcə Kəlbəcərə o vaxtlar müttəfiq respublikalardan ildə 50 min turist gəlirdi. Bu rayonun ərazisi dəniz səviyyəsindən 1 500-3 800 metr yüksəklikdə, Tərtər çayının vadisində, Kiçik Qafqaz dağlarında yerləşir, zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli termal sulara, tarixi abidələrə malikdir. Məsələn, xalq arasında “Xotavəng” və yaxud “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Kəlbəcərdə yerləşir. Bu obyekt Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Yəni rayon həm təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub və bundan sonra yenə də olacaq. Həmçinin Laçın rayonunun da turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir", - deyə o, qeyd edib.

C.Aşurovun sözlərinə görə, Kəlbəcər və Laçında həm iri turizm obyektləri yaradılmasını təşviq etmək, həm də kənd turizmini inkişaf etdirmək olar: "Gələcəkdə orada məskunlaşacaq əhali üçün kənd turizminin inkişafı çox vacibdir, onların gəlirlərinin formalaşmasına və artmasına xidmət edə bilər. Həmçinin yerli və xarici iş adamları iri turizm obyektləri tikməyə sövq edilməlidir. İnvestisiya axınını təmin etmək üçün iş adamları vergidən azad ediə bilər. Artıq Türkiyəli sahibkarlar Qarabağ bölgəsinə maraq göstərdiklərini ifadə ediblər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam