Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Xudavəng monastrı albanlara mənsub olub” -Tarixçi alim

“Xudavəng monastrı albanlara mənsub olub” -    Tarixçi alim
Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub.
Yenixeber.org: Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksinin erməniləşdirmə cəhdləri barədə danışarkən deyib. Onun sözlərinə görə, Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir.

Tarixçi bildirib ki, mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq (e.ə. I əsr antik mənbələrdə “Orxistena”, gürcü və erməni mənbələrində “Artsax”, “Xaçın” adlandırılan) vilayətinin “Rostok” adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi. Alban dövlətçiliyi kiçik alban knyazlıqlara dağıldıqdan sonra monastır müstəqil Xaçın knyazlığı sülaləsinin idarə etdiyi ərazilərə tabe olur.

"Knyazlığın hakim alban sülaləsinin etnik mənsubiyyəti mübahisəlidir: bəzi mənbələrə görə, onlar Mehrani nəslindən idi, digər fikirlərə görə onlar maskut (massaget) Ərşak nəslindən olmuşlar. Hər iki halda Xaçın knyazlığı sülaləsinin və knyazlıq əhalisinin erməni-haylara heç bir aidiyyatı yox idi. Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər", - deyə tarixçi alim vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam