Kəlbəcərin 27 illik əsarətdən qurtulan abidələri -FOTOLAR
Bu gün Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması ilə rayonun 27 illik işğalına son qoyuldu. Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşən, zəngin flora və faunaya malik təbiət muzeyidir.
Yenixeber.org: Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir.
Kəlbəcər rayonunun qədim alban qalaları, məbədləri, məbəd komplekslərini təqdim edirik:
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Qədim Alban məbəd kompleksi VI-VII əsrlərdə inşa olunub. “Xudavəng” məbədi Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biridir.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. XIII əsr xristian Alban monastırı orta əsrlərdə monastır Alban Kilsəsinin mərkəzi iqamətgahı olub. Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan alıb. Dağın adı isə ərəb dilindəki kənisə - “məbəd” və Azərbaycan dilindəki “dağ” sözündəndir. Kənisə sözünün ərəb dilində olması orada ərəblərin yaşaması ilə əlaqədar deyil. Bu o deməkdir ki, XII əsrdə Azərbaycan dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin söz dağın adına keçib.
Qırmızı monastır Qozlu kəndindən 3 km məsafədə dərin yarğanlar və dik yamaclarla əhatələnib. Kompleks kilsədən, narteksdən, sovmədən, dağılmış keliyadan və digər tikililərdən ibadətdir. Bütün kompleks qaya daşından inşa olunub. Yonulmuş daşlardan qapı pəncərə və taxçalar qurulmasın da və epiqrafik yazıların yazılması üçün istifadə olunub.
Vəng kəndində yerləşən alban məbədi orta əsrlərə aid 20-dən çox tikilisi və otağı olan böyük monastır kompleksi Xudavəngdən üç km qərbdə Tərtər çayının sağ sahilində bir qayalı təpənin ətəyində yerləşir. Burada inşa edilən kilsələrdən biri 1174-cü ildə, baş kilsə isə üçnefli bazilika olub dövrümüzə qədər salamat gəlib çatıb.
Alban dövrünün yadigarlarından biri də Xatirəvəng monastırıdır. Abidə kompleksi yarım dağılmış qala divarları, köhnə və yeni kilsədən ibarət olmaqla Xudavəng monastırdan cənub-şərqdə Tərtər çayından 2 km-lik məsafədə yerləşir. Xatirəvəng monastırı kilsədən, sovmədən, zəng qülləsindən və yaşayış kompleksindən ibarətdir. Xatirəvəng monastrının inşası Qarabağda Alban dövlətçiliyinin davamı olan Xaçın knyazlarının yüksəliş illərinə təsadüf edir. Abidənin sonradan bu yerlərə köçürülmüş ermənilərlə heç bir əlaqəsi olmayıb. Bu üzdən də bu gün bu yerlərdə yaşayan ermənilər abidəni məhv etməkdədirlər.
Çərəktar monastrı Qarabağın Yuxarı Xaçın ərazisində, Tərtər çayının sol sahilində yüksək dağlıq ərazidə Çərəktar kəndində yerləşir. Monastırın baş kilsəsi 1260-cı ildə inşa edilib. Kompleks tamamilə dağılmış formadadır. Tikinti yazısına əsasən abidə XI - XII əsrlərə aiddir. Alban xristian memarlığının bir nümunəsi olan bu monastır bu gün xaraba halında qalmaqdadır.
Qalın meşənin içərisində XIII əsrə adi Alban memarlıq abidələrindən biri yerləşir. Abidə Sərsəng Su Anbarından şimalda, Umudlu kəndindən yuxarıya doğru qalın meşə massivində Murovdağda yerləşir. Kompleks tamamilə dağılmış vəziyyətdədir.Kilsə XII əsrə aid olub qala divarları ilə əhatələnib.
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Löh (Lev) qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4 metr arasındadır. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir.
Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılıb. Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir.
Oğlanqalanın şimalında mənzərəli qayalıqda dağılmış vəziyyədə olan Həsən Cələl sülaləsinə məxsus Xaçın sarayı yerləşir. Xaçın sarayı XIII əsrdə tikilib, lakin təssuflər olsun ki, dövrümüzə qədər dağılmış vəziyyətdə gəlib catıb. Bu gözəl Saraydan dövrümüzə qədər dörd bir tərəfdən müşahidə aparılması üçün təxmini eyni ölçüdə olan darəvi bürclər, öznəməxsus giriş, ötrüyünün bir hissəsi, iki zalın divarları və digər əsas otaqların divar qalıqları qalıb.
Kəlbəcər rayonunun Kolatağ və Xocalı rayonunun Almalı kəndləri arasında, Qaxaçdağın zirvəzində yerləşən tarix-memarlıq abidəsidir. Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir. Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilib.
Kəlbəcər mineral su ehtiyatı olan "İstisu"yu ilə də məşhurdur. "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Xanabert qalası Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsidir. Qala divarları dağın zirvəsində kifayət qədər geniş bir ərazini əhatə edir. Qalanın xarabalıqları arasında pilləkən hissəsi yaxşı saxlanmış yarımdağılı vəziyyətdə olan tikili xüsusilə seçilir.
Böyük Arran monastırı və ya Müqəddəs Yaqub monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndi ərazisində yerləşir. Kompleksə iki kilsə, iki narteks və köməkçi binalar daxildir. Hər iki kilsə sərt və soyuq memarlıq görünüşünə malikdir ki, bu da erkən orta əsrlər Qafqaz Albaniyası memarlığının ruhuna uyğundur