Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Afinada kütləvi toqquşma-100-dən çox şəxs saxlanılıb

Yunanıstanın paytaxtı Afinada polis 2008-ci ildə öldürülən yeniyetmə Aleksis Qriqoropulosun xatirəsi ilə bağlı keçirilən yürüşlər zamanı 100 nəfərdən çox şəxsi saxlayıb.

Yenixeber.org: Bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat verib.

Polis koronavirus infeksiyası ilə bağlı kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Qadağanın pozulmasına görə hüquqi şəxslər 5 min avro, açıq havada kütləvi görüşlər təşkil edən şəxslər isə 3 min avro məbləğində cərimə edilir.

Aksiyalar əvvəl sakit keçsə də, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı gücdən istifadə edib. Təkcə şəhərin mərkəzi Eksarxiya rayonunda 60 nümayişçi saxlanılıb.

Qeyd edək ki, 15 yaşlı Qriqoropulos 2008-ci il dekabrın 6-da gənclərlə polis arasındakı "söz atışması"nda müəmmalı şəraitdə öldürülüb. Onun ölümü iki həftə davam edən etiraz aksiyalarına, talan və yanğınlara səbəb olub, Afinada yüzlərlə mağaza dağıdılıb.

Hər il yeniyetmənin ölüm günündə aksiyalar keçirilir, iğtişaşlar olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam