Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Polşada polislər kütləvi etiraza başlayıb

Polşada polislər kütləvi etiraza başlayıb

Polşanın paytaxtı Varşavada əmək haqqının artırılmasını və pensiya təminatı sisteminin dəyişdirilməsini tələb edən polislər etiraz aksiyası keçirirlər. Aksiyaya Polşanın müxtəlif ərazilərində xidmət edən polislər və xilasedicilər də qatılıb.
 Yenixeber.org: Etiraz edən polislər həm də illik indeksləşmə və sutka ərzində rəsmi iş saatından əlavə xidmət göstədiklərində onlara verilən pulun az olmasından şikayətlənirlər. Aksiyaçılar Polşada polis çatışmazlığının ləğv edilməsini də istəyirlər.

Varşavanın mərkəzi meydanına toplaşan minlərlə etirazçı polis əllərində tutduqları plakatlarda “Bayram günlərində də gecə və gündüz işləyirik, amma əvəzində hökumətdən heç bir kömək görmürük”, “Bizi dilənçiyə çevirməyin” ifadələri yazılıb.

Etiraz aksiyasının təşkilatçıları bildirib ki, hətta bir neçə həftədir polislər yol hərəkət qaydalarını pozan sürücülərə qanunla nəzərdə tutulan cərimə yazmaq əvəzinə şifahi xəbərdarlıqla kifayətləniblər ki, dövlət büdcəsinə az gəlir getsin və nəticədə, hökumətin diqqətini polislərin maliyyələşdirilməsi probleminə yönəldə bilsinlər.

Etirazçı polislər Polşa baş nazirinin iqamətgahı önünə toplaşaraq şikayət və tələblərinin əks olunduğu məktub təqdim edəcəklərini bildiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam