Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Parisin bu küçə və meydanlarında aksiya keçirmək qadağan edildi

 

Parisin Baş Polis İdarəsi keçən həftə baş vermiş zorakılıq aktlarını nəzərə alaraq, şəhərin Yelisey çölləri, Konkord meydanı, Milli Assambleya və Parisin daha bir neçə ərazisində etiraz aksiyası keçirməyi qadağan edən qərar verib.

Yenixeber.org: Baş İdarənin rəisi Didier Lallement martın 22-də şənbə günləri səhər saat 6-dan etibarən Parisin böyük bir hissəsində "Sarı jiletlilər"in etiraz aksiyasının keçirilməsini qadağan edən rəsmi qərar imzalayıb.

Qərarın qəbul edilməsinə səbəb ictimai asayişin pozulmasının qarşısını almaqdır. Qərara əsasən, Parisin həmin hissələrinə müxtəlif silah növləri ilə yanaşı bir sıra əşyaların, habelə üzün bir hissəsini örtərək tanına bilməmək üçün istifadə olunan geyimlərin keçirilməsi qadağan olunub. Bildirilir ki, qərara riayət etməyən şəxslər cərimələnəcək və şəxsiyyətlərini təsdiq edə bilmədikləri halda hüquqi yoxlama mərkəzlərinə aparılacaqlar.

Xatırladaq ki, etirazçıların ötən şənbə keçirdikləri 18-ci aksiya zamanı 27 ticarət obyekti talan edilib, 71-i dağıdılıb, 9 köşk yandırılıb və 4 binanın girişi bərbad hala salınıb. Nəticədə 296 nümayişçi dindirilib ki, onlardan da 254-ü nəzarətə götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam