Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın keçmiş baş qərargah rəisi -“metallolom” satırmış

Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış

“Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur – “Report”) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”.

Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam