Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Professordan çağırış: -“Ən sərt qaydalar tətbiq edilsin!”

Professordan çağırış:  “Ən sərt qaydalar tətbiq edilsin!”
Karantin rejiminin sərtləşdirilməsi barədə tədbirlərin nəticəsini 1-2 günə almaq mümkün olmur. İki həftəyə tədbirlərin nəticəsi özünü göstərə bilər.
Yenixeber.org: Bunu açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı müzakirələr gedir.

“Koronavirusa yoluxma sayının çoxluğu səbəbindən karantin rejimi yenidən sərtləşdirilə bilər. Lakin hesab edirəm ki, artıq sərtləşdirmə effekt vermir. Çünki əhalinin böyük əksəriyyəti koronavirusa yoluxub. Yoluxma sayı 100 mini keçib. Belə yoluxma sayında hansı tədbirlərin effektindən danışmaq olar? Bu məsələlər müzakirə olunmalı, tədbirlər görülməlidir, Lakin insanların vəziyyəti, evdə oturması, psixoloji durumu də nəzərə alınmalıdır”.

A.Qeybulla bildirib ki, yoluxma sayının azaldılması üçün ictimai nəqliyyatda qayda-qanun yaradılmalıdır: “Ən sərt qaydalar tətbiq edilsin, ictimai nəqliyyat problemi həllini tapmasa, insanlar bir-birini yoluxduracaq. Bütün diqqəti ictimai nəqliyyata yönəltmək lazımdır”.

Professor koronavirusa yoluxmamaq üçün karanatin qaydalarına riayət etməyin vacibliyini vurğulayb: “Əllərin dezinfeksiya olunması, maska taxılması, onun düzgün istifadə edilməsi və fiziki məsafənin qorunması vacibdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam