Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağdan Paşinyan və adamlarını hədələdilər -“DƏRHAL RƏDD OLUN, YOXSA...”

Qarabağdan Paşinyan və adamlarını hədələdilər


Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir.

Yenixeber.org: Belə bəyanatla qondarma “dqr”in keçmiş “təhlükəsizlik şurası katibi”, general Vitali Balasanyan çıxış edib.

O hesab etmir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü gedəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.

Balasanyanın sözlərinə görə, əgər xalq parlamentin istefasını tələb etməsə nəticələri acınacaqlı olacaq. “Xalq ayılmalıdır, tələb etməlidir, məcbur etməlidir ki, bütün deputatlar mandatlarını təhvil versin,-kimliyindən asılı olmayaraq, istər “Mənim addımım”, istər “İşıqlı Ermənistan” və digərləri. Əks halda bütün ermənilik təhdid altında qalacaq”,-general bildirib.

Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında Yerevanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib.

“Paşinyan böyük antierməni layihəsidir”,-Balasanyan deyib.

Onun sözlərinə görə, əvvəllər Paşinyanın “Sasna tsrer” terrorçuları ilə əlbir olduğuna şübhə edirdi. Amma indi aydındır ki, 2016-cı ildə Paşinyan terrorçuların ələ keçirdiyi polis polkunun binasına gedəndə, həmin terrorçulara dəstək mitinqində iştirak edəndə həmin banda ilə əməkdaşlıq edirmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam