Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Akopyanın “hərbi təlimləri” Ermənistanda etirazla qarşılandı -FOTOFAKT

Akopyanın “hərbi təlimləri” Ermənistanda etirazla qarşılandı -  FOTOFAKT
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təlim poliqonundan beş-altı qadınla birlikdə çəkdirdiyi fotoları paylaşması erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb.
Yenixeber.org: Maraqlısı budur ki, on günlük təlimdən sonra “döyüş tapşırığı”nı yerinə yetirməyə hazır olduğu deyilən və Paşinyanın arvadının başçılıq etdiyi qrupun adı Eratodur... Yəni guya tarixdə olmuş hansısa erməni kraliçanın şərəfinə belə bir ad seçilib. Əslində Erato qədim yunan mifologiyasında Zevs və Mnemosinain qızı, məhəbbət poeziyası muzasıdır.

Sosial şəbəkələrin erməni seqmentində baş nazirin arvadının ünvanına həm belə anormal ad seçiminə görə, həm də bu cür səhnələşdirilmiş süni qadın “hərbi təlimləri” ilə əlaqədar ağır təhqirlər və tənqid dolu ifadələr yağdırılır. Ermənistanın tanınmış şəxslərinin də bu sıraya qoşulması diqqət çəkib.

Oğlu Qarabağda öldürülmüş "Hay Aspet" təhsil və xeyriyyə fondunun qurucusu olan Karin Tonoyanın sosial şəbəkələr üzərindən baş nazirə ünvanladığı tikanlı müraciətinə 8 mindən çox bəyənmə gəlib.

Fond rəhbərinin Paşinyan ailəsini aşağılayan müraciətini oxuculara təqdim edir:



“Hörmətli baş nazir, müharibə teatr deyil, “eroslar”ınız anlaşılmaz və təhlükəlidir... Tarixi oxuyan hər kəs kraliçanın təslim olduğunu və “Persiya”ya qaçdığını bilir. Yazdıqlarımı siyasiləşdirməyin, sabah hamınız cavab verəcəksiniz... Bizə, ölənlərə və döyüşdə olan əsgərlərə hörmət edin. Bunu etməlisiniz! Şou şəkillərinizin və özünüzü reklam etməyinizin onsuz da dözülməz həddə çatdığını başa düşmürsünüz. Ölən uşaqlarımızın qanını təhqir etdiyiniz kimi, hazırda döyüşdə olan erməni kişilərini də aşağıladığınızı, hamını incidib və narahat etdiyinizi anlayırsınızmı? Erməni ailəsində kişi evini və vətənini qoruyur, qadın isə hörmətlə onu dəstəkləyir. Ənənələrimizə hörmət edin. Dedilər ki, oğlunuz da cəbhədədir... Evə gedin, onun üçün və döyüşdə ölənlərimiz üçün dua edin. Arxa cəbhədə lazım olan işləri təşkil edin. Dərdimizə hörmət edin!”.



Qeyd edək ki, Tonoyanın statusunu 4 minə yaxın erməni paylaşıb və fond rəhbərinin paylaşımının altında xeyli sayda dəstək şərhləri yazılıb. Ermənilər “nəhayət ki, həqiqəti açıq şəkildə dilə gətirən oldu”, “Onların pulları İsveç banklarında yatır”, “Doğrudan da bu şoular ölən oğullarımızın ruhuna təhqirdir”, "Afərin", "Deməli Paşinyanın komandasında normal şəkildə vətənpərvərliyi təbliğ edən aksiyalar təşkil edən yoxdur ki, arvadı bu işlə uğursuz məşğul olur?" və s. kimi acıqlı fikirlər yazıblar. Məlum şərhlər yüzlərlə erməni istifadəçi tərəfindən bəyənilib. Hətta bir nəfər Nikol Paşinyanın rəsmi "Facebook" səhifəsini bu statusun şərh bölümündə işarələyib ki, insanların Annanın "teatr səhnələrinə" necə qıcıqlı fikirlər yazdığını görsün. Bu şərhə də xeyli bəyənmə gəlib.



Göründüyü kimi, təkcə Paşinyanın deyil, onun həyat yoldaşı Annanın da şou və populist hərəkətləri Ermənistanda qıcıq doğurur, ermənilər bu cür anormal addımıarı özlərinə və Qarabağda ölən əsgərlərə qarşı hörmətsizlik kimi qiymətləndirirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam