Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anna Akopyanın "Erato" qadın terrorçu dəstəsi Qarabağa gəlir- FOTOLAR

 

 

                  Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandan xəbər var.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, Akopyan bir müddət əvvəl Qarabağda döyüşmək üçün yaratdığı və hazırda döyüş hazırlığı” keçən qadın dəstəsinin şəkilllərini paylaşıb. “Bizim dəstə on günlük təlimlərdən sonra döyüş tapşırığını yerinə yetirməyə hazırdır”, -deyən A.Akopyan qadın terrorçulardan ibarət dəstənin adını da açıqlayıb. Bildirib ki, dəstəyə erməni çarı Eratonun adını qoyublar.

Qeyd edək ki, N.Paşinyan Azərbaycan Prezidentindən ona fürsət verilməsi ilə bağlı xahiş etdiyi zaman A.Akopyan da “sülh carçısı” statusunda çıxış edirdi, hətta Azərbaycan tərəfə müraciətlər də ünvanlayırdı. O, azərbaycanlı qadınları “Sülh naminə qadınlar” hərəkatına qoşulmağa da çağırmışdı...

Ancaq hələ Qarabağda müharibə başlamamışdan öncə o, 18-27 yaşlı qadınları 45 günlük hərbi təlimlərə cəlb etməklə bağlı təşəbbüs qaldırdı və əlində avtomat Qarabağdakı təlimlərdə göründü. İndi də döyüşlərdə kişi qıtlığı çəkən Ermənistan rəhbərliyi qadınları irəli verib...Əlavə edək ki, 19 oktyabrda Ermənistan Müdafiə Nazirliyi qadın taborunun yaradıldığını elan edildikdən sonra 100-dən qadının döyüşlərə yollanmaq üçün müraciət etdiyi bildirilmişdi.

Maraqlıdır, Azərbaycan ordusu əsas yolları nəzarə altında saxladığı halda, Annanın dəstəsi Qarabağa hansı yolla gəlmək istəyir?..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam