Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Döyüşdən qayıdan erməni partiya sədri: -“İtkilərimiz dözülməzdir”

Döyüşdən qayıdan erməni partiya sədri:  “İtkilərimiz dözülməzdir”
Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan yerli mediaya müsahibəsində ölkəsinin ağır durumda olmasından söz açıb.

Yenixeber.org: “Jamanak” qəzetinin dərc etdiyi müsahibədə partiya sədri Ermənistanın gələcək taleyi ilə bağlı təkliflər verib. Müharibənin ilk günlərindən könüllü kimi döyüşlərə qatılmış Xzmalyan bir neçə gündür Ermənistana qayıdıb:
"Mən cəbhənin şimal-şərq hissəsində idim. İndi bir neçə gündür tətildəyəm, əmr gəlsə, yenidən cəbhəyə yollanacağam. Çünki könüllülərin orduda öz işi var. Əsasən döyüşlərdə 18-20 yaş arası gəncləri əvəz etmək üçün gələn könüllülər müharibə qaziləridir. Gördüyümüz itkilər bu millətin gələcəyi üçün dözülməzdir. Mənim şəxsi qənaətimə görə, müharibə böyük siyasi səhvlərin nəticəsidir”.

Hərbi-siyasi ittifaqda (KTMT-red.) təmsil olunduqlarını xatırladan partiya sədri ölkəsinə xarici siyasətdə dəyişikliklər etmək üçün illərdir xəbərdarlıq etdiyini vurğulayıb: “Amma “məxməri inqilab”dan sonra da xarici siyasət kursunun dəyişməyəcəyi açıqlandı. Buna görə də indi olduğumuz yerdəyik”.

Münaqişənin həlli üçün Rusiya və İranla yanaşı ABŞ-dan də təkliflərin gəldiyini deyən Xzmalyan ən optimal variantın Qərbin ortaya qoyduğunu vurğulayıb.

“Bizim üçün uyğun olan variantlar hansıdır? Rusiya və İranın yalnız öz maraqlarını güdən təklifləri? ABŞ-ın təklifini təcili şəkildə qəbul etməliyik. Çünki bu, Ermənistanın faciəli geosiyasi statusunu dəyişdirməyə imkan verir”.

Partiya sədri də müsahibəsində təsdiqləyir ki, Ermənistan hazırda faciəli geosiyasi durumdadır, onun könüllü kimi iştirak etdiyi döyüşlərdə bu ölkənin itkiləri xeyli saydadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam