Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistanın 100 minlik könüllü ordu qurmaq planı-Azərbaycana və Türkiyəyə qarşı

 

 Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.

Yenixeber.org: “Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin veb--saytında dərc olunub. Layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir.

 

Parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olan deputat, “Yerkrapa” könüllülər birliyinin sədri Sasun Mikaelyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur.

“Hərbçilər bunu müzakirə edirlər. Ancaq bir il deyil, çoxdan müzakirə olunur və həyata keçirilməlidir. Bizim çoxəsrlik düşmənimiz var, düşmənlə əhatələnmişik. Qeyri-nizami ordu 10 min, yaxud 20-70 min nəfər demək deyil, bu orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Biz həmişə hazır olmalıyıq, bunu həmişə demişəm, bir də təkrar edirəm, – Mikaelyan vurğulayıb.

“Ermənistanın silahlı qüvvələri yetərli deyilmi?” sualını hakim fraksiya üzvü belə cavablandırıb: “Türkiyənin son aqressiyası haqda bilirsiz, Türkiyə Azərbaycanla bağlı necə bir hazırlıq ifadə elədi. Bu o demək deyil ki, bizim Silahlı Qüvvələrimiz döyüş qabiliyyətli deyil, hazır deyillər, ancaq bizdə qeyri-nizami qoşun olmalıdır, çünki, Allah eləməsin, buna oxşar nəsə baş versə, ordu lazımdır.

Bu il iyulun 12-dən 16-dək Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanla sərhədində toqquşmalardan sonra Türkiyə Yerevanı ittihamı edib, Azərbaycana dəstəyi davam etdirəcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, Ankaranın getdikcə “aqressivləşən” Azərbaycan-pərəst mövqeyi Ermənistanın xarici və təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir.

 

Ermənistanda təqdim olunan layihədə könüllülərin adına silah və forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmri ilə təyin olunacaq. Sasun Mikaelyan könüllülərin, məsələn, Yerevanda silahla gəzərək ətrafdakılara təhlükə yaradacağı fikri ilə razı deyil. “Silahlar xüsusi yerdə saxlanacaq, lazım gələndə oradan götürüləcək. Yəni, səfərbərlik elan olunanadək bizdə hazır adamlar olacaq ki, haraya gedib nə etməli olacaqlarını biləcəklər, – o deyib.

Hüquq müdafiəçisi Nina Karapetyants isə əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən savayı daha bir silahlı struktur lazım deyil. Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah Yerevanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil, – Karapetyants bildirib.

“Yerkrapa” təcrübəsi

Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar strukturun – “Yerkrapa” könüllülər birliyinin hərəkətlərini yada salır. “Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilərlər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər, – o vurğulayıb.

Vətəndaşlar sentyabrın 8-dək qanun layihəsi ilə bağlı təkliflərini irəli sürə bilərlər.

Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoryan rəhbərlik edirdi, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu yarımhərbi birlik ötən əsrin 90-cı illərində Ermənistanda faktiki olaraq hərbi çevriliş həyata keçirib və Qarabağ klanının hakimiyyətə gəlişinə imkan yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam