Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cavaxetiya separatçısı ermənilərin -Qarabağda döyüşməsi üçün yalvarır

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır
Qarabağdakı erməni işğalçılarının mövqeyi pisləşdikcə, onların kömək çağırışları bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin "top yemi" hələ də çatışmır - İrəvan artıq Azərbaycan Ordusunun qalibiyyətini dayandırmaq gücündə deyil.
Yenixeber.org: Təkcə Qarabağdakı separatçılar deyil, digər yerlərdə olanlar da kömək üçün diasporaya müraciətləri davam etdirirlər. Üstəlik, yalnız maliyyə deyil. Onlara döyüşçülər və terrorçular lazımdır. Hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan, Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşları axıdaraq xahiş edir.

“Facebook” səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlıq kursları keçmələrini tövsiyə edib, hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də paylaşıb.

Vətəndaşları Cavaxetiya sakinləri olan Gürcüstanın hüquq-mühafizə orqanları artıq hərəkətə keçməlidirlər. Çünki gələcəkdə Qarabağdan sağ qaça biləcək həmin şəxslər artıq təlim keçmiş, hazırlıqlı döyüşçü kimi və "Cavaxetiyanı Ermənistana birləşdirmək" xəyalı ilə Gürcüstana qayıdacaqlar.

Gürcüstanın baş ağrısına ehtiyacı varmı? Çətin ki. Buna görə gürcü qonşularımızın indi Çaxalyanın tərəfdarlarına qarşı müvafiq profilaktik tədbirlər görməsi lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam