Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Quram Marxuliya: -“Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”

“Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir”.

Yenixeber.org: Bunu gürcü tarixçi, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya deyib. 

O bildirib ki, Ermənistan silahlı bölmələrinin Azərbaycana qarşı bu cür təxribatlara əl atmasının arxasında cəbhə xəttində düşdükləri ağır vəziyyət dayanır: “Dinc mülki şəxslərin öldürülməsi ermənilərin uzun illərdən bəri davam edən milli ənənəsidir. Çox təəssüf ki, Ermənistanın silahlı bölmələri ötən gün Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncəyə raket zərbələri endirdi. Ermənilər cəbhə ilə mülki yaşayış bölgələri arasında heç bir fərq qoymurlar, qadınları, uşaqları və qocaları öldürürlər. Bu, terrorizm, qəddarlıq və qeyri-insani bir davranışdır. Bu davranış müharibə qanunlarına sığmayan qanlı bir cinayətdir. Əlbəttə ki, bunun əsas səbəbi Ermənistan hökumətinin öz əməllərinə görə hələ də cəzasız qalmasıdır. Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir. İndi əsas məsələ beynəlxalq ictimaiyyətin, BMT-nin və digər beynəlxalq təşkilatların bu təxribatlara, müharibə qaydalarına uyğun gəlməyən bu cinayətlərə nə cür reaksiya verəcəyidir. Əgər onlar bir daha sussalar, Azərbaycan rəhbərliyi adekvat addımlar atmaq məcburiyyətində qalacaq və buna da tam haqları var”.

Marxulia qeyd edib ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində yaşayan yerli ermənilər müxtəlif yollarla işğal altındakı Dağlıq Qarabağda separatçı qüvvələri dəstəkləməyə, onun sıralarında könüllü kimi vuruşmağa cəhd etsələr də Gürcüstan tərəfi bunun qarşısını alır: “Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan etnik ermənilər “könüllü” kimi qeydiyyatdan keçərək Qarabağda döyüşmək istədiklərini bildirirlər. Lakin bu terrorçuların Gürcüstan-Ermənistan sərhədindən keçməsinə əsla icazə verilmir. Bundan başqa, Gürcüstan Cavaxetiyada yerli ermənilərin təşəbbüsü ilə toplanan humanitar yardımların da Qarabağa göndərilməsini qadağan edib. Əlbəttə ki, həm Ermənistan, həm də Azərbaycan Gürcüstanın qonşularıdır. Ancaq, Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”.

Marxulia Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda həyata keçirdiyi əks-həmlə əməliyyatlarının legitim əsaslarla aparıldığını deyib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin tələblərinin 30 ildir yerinə yetirilməməsi faktı Azərbaycanın bu cür əks-həmlə əməliyyatına başlamasını şərtləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam