Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı ekspert: -"Azərbaycan Vətən müharibəsi aparır"

Rusiyalı ekspert: Azərbaycan Vətən müharibəsi aparır

“Bu gün Qarabağ cəbhəsində baş verənlər Soros rejiminin başçısı, sizi işıqlı gələcəyə aparacağına inandığınız baş nazir Nikol Paşinyanın saysız-hesabsız təxribatlarına Azərbaycan tərəfindən verilən cavabdır”.

Yenixeber.org: Bu fikirləri rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov erməni xalqına video müraciətində deyib.

Ekspertin qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir işğal olunmuş torpaqlarının geri qaytarılmasını gözləyib, lakin Ermənistan mövcud razılaşmaları və öhdəliklərini pozaraq 27 sentyabr tarixində irimiqyaslı təxribata əl atıb. Buna cavab olaraq Azərbaycan əks hücum əməliyyatına başlayıb.

“Torpaqların azad olunmasına başlandı. Həm erməni, həm də azərbaycanlı əsgərlərindən ölənlər üçün təəssüflənirəm. Amma onlar hər halda döyüşçüdürlər. Erməni tərəfi Gəncədəki dinc əhaliyə raket zərbələri endirəndən sonra bu azadlıq müharibəsinin Vətən müharibəsinə çevrildiyini başa düşdüm. Mən özüm də atayam. Körpə çağaları necə öldürlüklərini, sonra da həyat yoldaşını, övladını torpağa tapşıraraq ağlayan atanı sosial şəbəkələrdə ermənilərin necə ələ saldıqlarını, lağa qoyduqlarını görəndən sonra dərk etdim ki, ölkəniz sona yaxınlaşır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam