Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşğalçı general ölümcül vəziyyətdə Qarabağdan çıxarıldı

 

Erməni general, sabiq deputat Manvel Qriqoryan Dağlıq Qarabağdan ağır vəziyyətdə Ermənistana çatdırılaraq xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Bu barədə onun vəkili Levon Baqdasaryan bildirib.

Baqdasaryanın sözlərinə görə, Qriqoryan 7 oktyabrdan bəri Dağlıq Qarabağda olub. Lakin oktyabrın 20-də vəziyyəti kəskin pisləşib, həkimlərin tələbi ilə təcili olaraq Ermənistana aparılıb: “O, qayıtmaq istəmirdi, xəstəxanadan imtina etdi, ancaq həkimlər israr etdilər. İndi reanimasiyadadır".

Qeyd edilir ki, Manvel Qriqoryana 2018-ci ilin iyun ayında cinayət işi açılıb. O, qanunsuz silah- sursat saxlamaqda, vergidən yayınmaqda və 1 milyard dramdan çox dövlət əmlakını mənimsəməkdə günahlandırılır. Qrigoryan 2020-ci ilin yanvarında səhhətinə görə həbsdən azad edilib.

Xatırladaq ki, Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam