Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

Xocalı qatili ölümcül vəziyyətdə -Qarabağdan çıxarıldı

Xocalı qatili ölümcül vəziyyətdə Qarabağdan çıxarıldı
Erməni general, sabiq millət vəkili Manvel Qriqoryan Dağlıq Qarabağdan ağır vəziyyətdə Ermənistana çatdırılaraq xəstəxanaya yerləşdirilib.
Yenixeber.org: Bu barədə onun vəkili Levon Baqdasaryan bildirib.

Baqdasaryanın sözlərinə görə, Qriqoryan 7 oktyabrdan bəri Dağlıq Qarabağda olub. Lakin oktyabrın 20-də vəziyyəti kəskin pisləşib, həkimlərin tələbi ilə təcili olaraq Ermənistana aparılıb: “O, qayıtmaq istəmirdi, xəstəxanadan imtina etdi, ancaq həkimlər israr etdilər. İndi reanimasiyadadır".

Məlumat üçün bildirək ki, Manvel Qriqoryana 2018-ci ilin iyun ayında cinayət işi açılıb. O, qanunsuz silah- sursat saxlamaqda, vergidən yayınmaqda və 1 milyard dramdan çox dövlət əmlakını mənimsəməkdə günahlandırılır.

Qrigoryan 2020-ci ilin yanvarında səhhətinə görə həbsdən azad edilib.

Xatırladaq ki, Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində Qriqoryan Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və "fəxrlə" bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam