Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ermənistan muzdluları gətirməyə davam edir -VİDEO

Ermənistan muzdluları gətirməyə davam edir -  VİDEO
Ermənistan rəhbərliyi dünya ictimaiyyətini guya Azərbaycan tərəfində xarici muzdluların döyüşməsi ilə bağlı apardığı uğursuz təbliğata inandırmağa çalışarkən, rəsmi İrəvan dünyanın müxtəlif yerlərindəki erməniləri ölkəyə gətirir.
Yenixeber.org: Əlbəttə, İrəvan bu barədə istənilən halda danır və bəyan edir ki, diaspordan olan ermənilər Ermənistana gəlirlər və bu səbəbdən onlar guya muzdlu hesab edilə bilməzlər. Ermənilər istədiklərini iddia edə bilərlər, lakin beynəlxalq hüquqdan və 1977-ci il Cenevrə Konvensiyasından qaçış yoxdur. Orada muzdlunun açıq şəkildə tərifi verilir.



1977-ci ildə imzalanmış Cenevrə Konvensiyalarının Əlavə Protokoluna görə, muzdlu şəxs, silahlı qarşıdurmalarda mübarizə aparmaq üçün yerli və ya xaricdə xüsusi olaraq cəlb edilmiş şəxsdir; faktiki olaraq döyüşlərdə birbaşa iştirak edir; nə münaqişə tərəfinin vətəndaşı, nə də münaqişə tərəfinin nəzarətində olan ərazinin sakinidir; münaqişə tərəfinin silahlı qüvvələrinin üzvü deyil; münaqişə tərəfi olmayan bir dövlət tərəfindən silahlı qüvvələrinin üzvü kimi vəzifələrini yerinə yetirmək üçün göndərilmir.

Təbii ki, döyüşlər müddətində İrəvana gələn bütün ermənilər uzun müddətdir Ermənistan vətəndaşı deyillər və yaşadıqları dövlət onları Qarabağ münaqişəsi zonasına göndərməyib. Müvafiq olaraq, bu gün dünyanın hər yerindən olan terrorçu muzdluların Ermənistanın tərəfindən vuruşduğunu açıq şəkildə təsdiq etmək olar.

Bu günlərdə İrəvanın "Zvartnots" hava limanında Qarabağda döyüşmək üçün xaricdən Ermənistana gələn döyüşçülər görüntülənib. Bununla belə, Qarabağdakı döyüş əməliyyatları nəzərə alınmaqla, çoxsaylı muzdlular da artıq Ermənistan ordusunu məğlubiyyətdən xilas edə bilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam