Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Terrorçuların Qarabağa axını: -Dünya KİV-ləri həyəcan təbili çalır

Terrorçuların Qarabağa axını:  Dünya KİV-ləri həyəcan təbili çalır
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar Ermənistanı ağır vəziyyətə salıb. Ordumuzun Dağlıq Qarabağda sülhə məcburetmə əməliyyatına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb.
Yenixeber.org: Döyüş mövqelərini qoyub qaçan erməni hərbçiləri ciddi panika yaşayır, hətta İrəvanda döyüşdən imtina edən hərbçilərə qarşı cinayət işinin açıldığı deyilir. Görünür, bu səbəbdəndir ki, muzdlu döyüşçülər və terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə Ermənistan hərbi-siyasi rəhbərliyi ordudakı itkilərin yerini doldurmağa çalışır.

Bu cür faktlar artıq adi hal alıb və dünya mətbuatı mütəmadi olaraq erməni muzdluları və ümumilikdə erməni terroru haqqında məqalələr dərc edir.

Bir müddət öncə Fransanın “Liberation” qəzeti sözügedən mövzuya toxunub. Fransa nəşri bu günlərdə yenidən erməni terroru mövzusunu güdəmə gətirərək belə bir faktı diqqətə çatdırıb ki, Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gedib. Terrorçu Minasyan hazırda Fransadan gətirdiyi muzdlularla birgə Qarabağda döyüşür.

Erməni muzdluları haqqında faktlar Almaniya mətbuatının da diqqətindən yayınmayıb. Belə ki, Almaniyanın tanınmış “Der Freitag” qəzeti bir neçə gün əvvəl PKK terrorçuları mövzusuna diqqət çəkərək ermənilərin döyüşlərdə muzdlulardan yararlandığını təsdiqləyib.

“PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair məlumatlar yer alıb.

Hazırda aktiv döyüşlərin getdiyi Azərbaycan ərazilərinə ermənilər tərəfindən terrorçuların cəlb edilməsi Misir mediasınında gündəmindədir. Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Livandan çoxlu sayda muzdlu döyüşçünün Qarabağa müharibədə iştirak üçün gətirildiyini vurğulayıb. O, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə gətirdiyi muzdluların əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu qeyd edib.

BBC teleradiosu, eləcə də Rusiyanın “Novaya Qazeta” mətbu orqanının jurnalistləri oxşar mövzu üzərində dayanıblar. Onlar hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olaraq, pul müqabilində döyüşən silahlıların fikirlərinə yer ayırıblar.

Rusiyalı jurnalist Sergey Leonovun “ura.ru” informasiya agentliyində dərc edilmiş araşdırma yazısı təsdiq edir ki, Ermənistan Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçülərin cəlbi istiqamətində intensiv fəaliyyət göstərir. Leonov xatırladır ki, rəsmi İrəvan bundan əvvəl də eyni təcrübədən istifadə edib. Birinci Qarabağ müharibəsi zamanı Yəməndən Dağlıq Qarabağ bölgəsinə gələn məhşur terrorçu Monte Melkonyan bunun ən real nümunəsidir.

Bu gün nəinki Ermənistan rəhbərliyi və erməni diasporu regiona muzdlu döyüşçülərin, terrorçuların gətirilməsinə can atır. Hətta hazırda Dağlıq Qarabağa göndərilmək üçün muzdlu döyüşçülər toplayan erməni diaspor və ictimai təşkilatları cinayət əməllərini açıq şəkildə davam etdirir.

“VoMA Center” erməni ictimai təşkilatı aktiv şəkildə muzdlu döyüşçülərin toplanması ilə məşğuldur. Təşkilat “ehtiyat ordu” yaratmaq adı altında terrorçuları Qarabağa cəlb edir.

Bundan başqa, Rusiya erməniləri birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan bu istiqamətdə xüsusi fəallıq göstərir. Muzdlu döyüşçülər toplamaqla erməni diasporu Rusiya qanunlarını kobud şəkildə pozur və açıq şəkildə terrorçu mövqe sərgiləyir.

Qeyd edək ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

Bu gün muzdlu döyüşçüləri, terrorçu qrupları kütləvi şəkildə regiona gətirən Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır. Əks təqdirdə bu cür hərbi cinayətlər digər münaqişələr üçün presedent ola bilər…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam