Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Çavuşoğlu türkdilli dövlətlərə çağırış etdi: -"Çətin zamanlarda qardaş ölkələr olaraq bir-birimizə dəstək verməliyik”

“Güclünün yanında yox, məzlumların yanında bir Türkiyə var. Gücümüzü ata yurdumuz Mərkəzi Asiyadan bu günə qədər qoruduğumuz ədalət, mərhəmət kimi ortaq dəyərlərimizdən alırıq”.

Yenixeber.org: Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yəsəvi Türk-Qazax universitetində tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi təxminən 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilib: “Ermənistan silahlı qüvvələri işğal altında olmayan Azərbaycan torpaqlarına da hücum edir. Ermənistanın bu hərəkətləri müharibə cinayətidir. Təəssüflər olsun ki, bəzi ölkələr Ermənistanın hücumlarına səssiz qalır. Haqlı ilə haqsızı eyni səviyyədə tuturlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarlarını heçə sayırlar. Türkiyə haqlı mübarizəsində Azərbaycanın hər zaman yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik. Qardaş ölkələr olaraq Azərbaycanla həmrəy olmağımız böyük əhəmiyyət daşıyır. Çətin zamanlarda qardaş ölkələr olaraq bir-birimizə dəstək verməliyik”.

Qeyd edək ki, M. Çavuşoğlu tədbirə videokonfrans formatında qatılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam